River Inn Resort & Spa Hotel haqqında | Azərbaycanda lüks dənizkənarı istirahət məkanı
UNUDULMAZ İSTİRAHƏT
İki butik otel korpusunda müasir tələblərə cavab verən standart, lüks və ailəvi otaqlar qonaqların ixtiyarındaddır. İstirahətinizi daha da unudulmaz və özəl etmək üçün sizə həmçinin premium kottec və lüks villalarımızı da təklif edirik. Hər bir otağımızda qonaqların rahatlığı üçün bütün lazımi şərait yaradılıb. Gözəl dizayn üslubunda hazırlanmış otaqlar geniş salon, minibar, duş sahəsi, hamam dəsti, fen, ütü və ütü masası, çay dəsti, peyk yayımlı TV, Wi-Fi, telefon, seyf, mərkəzi kondisioner və isitmə sistemi ilə təchiz edilib. Otaqlara 24 saat xidmət göstərilir.
TEAM BUILDING VƏ ÖZƏL YIĞINCAQLAR
Otelimiz istənilən növ "teambuilding" və həmkarlar və ya dostlarla görüşlər üçün ideal məkandır.
Yaşayış qaydaları
Biz qonaqlarımıza son dərəcə təmiz, təhlükəsiz və mehriban bir otel təcrübəsi təqdim etməyə çalışırıq. Bu otel qaydaları qonaqlarımız üçün təhlükəsiz və xoş bir qalma şəraiti yaratmaq və River Inn Resort & Spa Hotel ilə qonaqlar arasında qarşılıqlı anlaşmanı təmin etmək məqsədilə təqdim olunur.
| Giriş saatı | 14:00 |
| Çıxış saatı | 12:00 |
| Rezervasiyanın ləğvi |
Onlayn edilən rezervasiyalar, əgər gəlişdən ən az 48 saat əvvəl ləğv edilərsə, təsdiq e-poçtunda olan “Rezervasiyanı ləğv et” linki vasitəsilə ödənişsiz şəkildə ləğv edilə bilər. |
Qaydalar və şərtlər
Onlayn edilən rezervasiyalar, əgər gəlişdən ən az 48 saat əvvəl ləğv edilərsə, təsdiq e-poçtunda olan “Rezervasiyanı ləğv et” linki vasitəsilə ödənişsiz şəkildə ləğv edilə bilər.